Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya Kubokunun açılış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, Azərbaycan turnirdə 4 şahmatçı ilə təmsil olunur - Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova
Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Cilinq Canqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.
Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı çıxış edir.