AZ

Azərbaycan şahmatçılarından ikisi Dünya kubokunda mübarizəyə başlayıb

Bu gün Batumidə qadınlar arasında şahmat üzrə Dünya kuboku start götürüb.

İdman.biz xəbər verir ki, "uduzan çıxır"sistemi ilə keçiriləcək yarışda Azərbaycanın 4 şahmatçısı da çıxış edir.

Təmsilçilərimizdən Gövhər Beydullayeva 1-ci mərhələnin ilk oyununda ağ fiqurlarla Anahita Zahedifarla (İran) və Gülnar Məmmədova isə qaralarla Yunşan Li (Kanada) ilə heç-heçə ediblər - 0,5:0,5.

Dünya kubokundakı digər şahmatçılarımızdan Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
0
6
idman.biz

10Mənbələr