AZ

İzmirdəki yanğınlar zamanı 230-a yaxın yaşayış evi ciddi zərər görüb - Ali Yerlikaya

BAKI, TurkicWorld

Türkiyənin İzmir vilayətində baş verən yanğınlar nəticəsində 228 yaşayış evi ağır zərər görüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, yaşayış evləri ilə yanaşı 13 iş yeri və 15 tövlə də ciddi şəkildə zədələnib.

Nazir qeyd edib ki, yanğınların ilk anından etibarən bütün qurumlar səfərbər olub və Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) də daxil olmaqla dövlətin bütün strukturları bölgədə aktiv fəaliyyət göstərib. O, bu xidmətlərə görə bütün əməkdaşlara təşəkkür edib.

Nazir həmçinin bildirib ki, zərər çəkmiş ailələr üçün içində kondisioner, elektrik ocağı və soyuducu olan konteyner evlər hazırlanır və ehtiyacı olanlara verilir. İndiyədək bu konteynerlərdən bir çoxuna yerləşdirmə həyata keçirilib və proses davam edir.

O əlavə edib: "Zərərin qiymətləndirilməsi prosesi başa çatıb və dəqiq dəyərləndirmələr əsasında AFAD və TOKİ koordinasiyasında 5-6 ay ərzində zərərçəkən ailələrə yeni evlərin açarları təhvil veriləcək. Eyni zamanda zərər görmüş tövlələrin də tikintisi həyata keçiriləcək."

Seçilən
11
18
turkic.world

10Mənbələr