Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
Bu barədə nazirliyin "X" hesabında yazılıb.
"ABŞ-ın Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və xəsarəti bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk", - paylaşımda deyilir.
Qeyd edək ki, Texasda daşqınlar nəticəsində 50-dən çox adam ölüb.