Azərbaycan Xarici İşlər Nazirliyi Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı ABŞ-a başsağlığı verib.
Mia.az xəbər verir ki,başsağlığında deyilir: "ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk".