AZ

“Beşiktaş” Baktiyora görə 3 milyonluq təklif aldı

“Spartak” 27 yaşlı müdafiəçi Baktiyor Zaynutdinov üçün “Beşiktaş”a 3 milyon avro təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu Qazaxıstan millisinin futbolçusu üçün 5 milyon avro istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Zaynutdinov “Beşiktaş”a 2023-cü ilin yayında CSKA-dan keçib. Ötən mövsüm bütün turnirlərdə 12 oyun keçirib, bir məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
3
15
publika.az

10Mənbələr