AZ

Paxlava qutusundan 110 min avro çıxdı, İmamoğlunun həmkarı gizli kamera ilə ifşa edildi - VİDEO

Türkiyədə daha bir böyük rüşvət qalmaqalı gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu dəfə CHP-yə məxsus Manavqat Bələdiyyəsində aparılan əməliyyat zamanı rüşvət anı gizli kamera ilə anbaan görüntülənib.

TRT Haber-in yaydığı kadrlarda bələdiyyə binasında keçirilən görüşdə pulların masanın üstünə qoyulduğu və vəzifəli şəxslərin əlləri ilə məbləğləri qəbul etdiyi açıq şəkildə görünür.

İlkin məlumata görə, Manavgat Bələdiyyəsində aparılan araşdırmalarda təxminən 800 milyon TL həcmində qanunsuz gəlir əldə edildiyi ortaya çıxıb. Bununla bağlı 34 nəfər saxlanılıb. Ən diqqətçəkən məqam isə Manavgat Bələdiyyə sədrinin müavini Mehmet Engin Tüterin məhz rüşvət alarkən, cinayət başında yaxalanması olub.

Türkiyə ictimaiyyəti videonun yayımlanmasından sonra sosial şəbəkələrdə sərt reaksiyalar bildirib. İstifadəçilər CHP rəhbərliyini bələdiyyələrdəki korrupsiya hallarına görə məsuliyyət daşımağa çağırıblar.

Qeyd edək ki, son illər CHP-li bələdiyyələrdə korrupsiya və sui-istifadə faktları ilə bağlı tez-tez iddialar səslənir. Ekspertlər bildirirlər ki, bu cür videoların ictimaiyyətə təqdim olunması həm hüquqi proseslərə, həm də siyasi diskussiyalara ciddi təsir göstərəcək.
Xatırladırıq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin çoxsaylı üzvləri də rüşvət iddiaları ilə həbsə alınıblar.
Sədr Əkrəm İmamoğlu başda olmaqla, İstanbulun yönəticilərinin çoxu hal - hazırda həbsxanalardadır.

Musavat.com

Seçilən
7
9
musavat.com

10Mənbələr