AZ

Paxlava qutusundan 110 min avro çıxdı, İmamoğlunun həmkarı gizli kamera ilə ifşa edildi - VİDEO

Türkiyədə daha bir böyük rüşvət qalmaqalı gündəmə gəlib.
 
Bu dəfə CHP-yə məxsus Manavqat Bələdiyyəsində aparılan əməliyyat zamanı rüşvət anı gizli kamera ilə anbaan görüntülənib.
 
TRT Haber-in yaydığı kadrlarda bələdiyyə binasında keçirilən görüşdə pulların masanın üstünə qoyulduğu və vəzifəli şəxslərin əlləri ilə məbləğləri qəbul etdiyi açıq şəkildə görünür.
 
İlkin məlumata görə, Manavqat Bələdiyyəsində aparılan araşdırmalarda təxminən 800 milyon TL həcmində qanunsuz gəlir əldə edildiyi ortaya çıxıb. Bununla bağlı 34 nəfər saxlanılıb. Ən diqqətçəkən məqam isə Manavqat Bələdiyyə sədrinin müavini Mehmet Engin Tüterin məhz rüşvət alarkən, cinayət başında yaxalanması olub.

 

Seçilən
2
50
moderator.az

10Mənbələr