AZ

Kiyevdə güclü partlayış və yanğın baş verib...

Kiyevdə, sənaye zonasında yerləşən İES-6-da güclü partlayış baş verib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rus baharının müharibə müxbirləri” Telegram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin sol sahilində yerləşən obyektdə baş verən partlayışdan sonra güclü yanğın başlayıb. Dnepropetrovsk vilayəti elektriksiz qalıb, Troyeşçina üzərində tüstü sütunu qalxır.

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, istilik elektrik stansiyasının yaxınlığında yerləşən yanacaq və sürtkü materialları olan tanker partlayıb.

Bundan əvvəl Zaporojya vilayətinin Kiyevin nəzarətində olan hissəsində silsilə partlayışların baş verdiyi bildirilirdi.

Əli Babayev

Seçilən
4
4
sia.az

10Mənbələr