AZ

RAN İKİ: Günəşdə nəhəng protuberans püskürməsi baş verib

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Günəşdə mümkün olan ən böyük protuberanslardan biri qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) mütəxəssisləri məlumat verib.

Moskva vaxtı ilə saat 03:00-dan 07:00-a qədər müşahidə olunan bu hadisə zamanı kosmosa təxminən bir milyon kilometr uzunluğunda plazma lifləri atılıb. Bu plazma axını hərəkət edərkən qızğın qazdan ibarət fırlanan bir burulğan – tornadoya bənzər quruluş yaradıb.

Alimlərin sözlərinə görə, püskürmə Yerə doğru baxan, yəni Günəşin görünən tərəfində baş verib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
9
icma.az

10Mənbələr