AZ

Türkiyə Ordusunda faciə: 5 əsgər həyatını itirdi - SON DƏQİQƏ

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.
 
Moderator.az -ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.
 
Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.
Seçilən
0
5
moderator.az

10Mənbələr