AZ

Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

News365.az xəbər verir ki,  bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.


Seçilən
1
5
news365.az

10Mənbələr