AZ

Türkiyə Ordusunda FACİƏ: 19 əsgər zəhərləndi, onlardan 5 nəfəri həlak oldu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri aparan Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, beş nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. İntensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün - iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən beşi həyatını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
oxu.az

10Mənbələr