AZ

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Moskvanın Şeremetyevo hava limanında həm gəliş, həm də uçuş üzrə ümumilikdə 171 reys ləğv edilib. Daha 56 reys isə gecikir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rosaviasiyanın Telegram kanalında yer alıb.

Məlumata əsasən, bu statistika 6 iyul bazar günü, Moskva vaxtı ilə saat 18:00-a olan göstəriciləri əhatə edir. Qarşıdakı üç saat ərzində terminal B-dən 65, terminal C-dən isə 11 reysin uçuşu planlaşdırılıb. Hal-hazırda 15 min sərnişin uçuşa hazırlaşır və onlar lazımi yoxlamalardan keçirlər.
 

“Moskva vaxtı ilə 18:00-a olan məlumata görə, Şeremetyevoda ümumilikdə 171 reys ləğv edilib. Daha 56 reys iki saatdan artıq gecikir”, deyə açıqlamada bildirilir.


Bundan əlavə, qeyd olunur ki, hava limanı özünün əsas daşıyıcısı olan “Aeroflot”la birlikdə əməkdaş sayını artırıb. Vəziyyəti Rusiya Nəqliyyat Nazirinin müavini Vladimir Poteşkin şəxsən nəzarətdə saxlayır.

Hava limanlarında oxşar problemlər digər bölgələrdə də müşahidə olunur. Belə ki, İvanovo, Kaluqa, Pskov, Tambov və Sankt-Peterburq hava limanlarında da uçuşlar müvəqqəti dayandırılıb. Sankt-Peterburqdakı Pulkovo hava limanında 90 reys ləğv edilib, daha 37 reys gecikib. Nijeqorodda da oxşar vəziyyət yaranıb, burada 26 reys ləğv olunub, 13 reys isə gecikir.

Oxşar vəziyyət Şeremetyevoda 5 iyul şənbə günü də qeydə alınıb. Həmin axşam 174 reysin ləğv edildiyi, 47 reysin isə gecikdiyi bildirilib. Bütün bu pozuntuların əsas səbəbi hava şəraiti və Ukrayna tərəfindən həyata keçirilən pilotsuz aparat hücumlarıdır.

Bizim.Media

Seçilən
6
24
bizim.media

10Mənbələr