Ukraynanın son günlər etdiyi dron hücumlarını intensivləşdirməsi Rusiyanın ən böyük şəhərlərinin hava məkanında kollapsa səbəb olub.
Musavat.com Rosaviasiya-nın məlumatına istinadən xəbər verir ki, son 24 saat ərzində Moskva, Sankt-Peterburq və Nijni Novqorod hava limanlarında 287 reys təxirə salınıb, daha 106 reys ləğv olunub.
O cümlədən Şeremetyevoda təxirə salınan reyslərin sayı 171-ə, gecikən reyslər isə 56-ya yüksəlib.
Sankt-Peterburqun Pulkovo hava limanında 90 reys təxirə salınıb, daha 37 reys gecikib. Bu gün ərzində Pulkovo demək olar ki, fəaliyyət göstərə bilməyib. Axşam saatlarında cəmi 1,5 saatlığa aeroportun fəaliyyətinin bərpa olunacağı elan edilsə də, bu, baş tutmayıb.
“Baza” xəbər verir ki, pilotsuz təyyarə təhlükəsi səbəbindən ən uzunmüddətli məhdudiyyətlərlə üzləşən Nijni Novqorod hava limanında 26 reys təxirə salınıb, daha 13 reys gecikib.
Hazırda Pskov, İvanovo, Kaluqa, Sankt-Peterburq və Tambov hava limanları müvəqqəti olaraq uçuşlara xidmət göstərmir.
Musavat.com