ELMİ ARAŞDIRMA
Bəzi nadir genetik mutasiyalar insanlarda arıqlama prosesini çətinləşdirir. Xüsusilə OTP, GIPR, SMIM1, MC4R və FTO genləri metabolizma və iştaha nəzarət mexanizmlərində mühüm rol oynayır. Məsələn, OTP geni hipotalamus üzərindən MC4R reseptorunu tənzimləyərək iştaha və enerji sərfiyyatını idarə edir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, OTP mutasiyası piylənməyə səbəb olur. Maraqlısı odur ki, bu hallarda Setmelanotide adlı dərman effektiv olmuşdur.
Bu barədə UT Southwestern Medical Center-in araşdırması Science Translational Medicine jurnalında dərc edilib.
Digər mühüm tapıntı isə GIPR genindəki variantlarla bağlıdır. Bu genin siçan modelində dəyişdirilməsi iştahanı azaldan impulsların yaranmasına və çəki artımının qarşısının alınmasına səbəb olmuşdur. Bu tədqiqatlar genetik testlərin fərdi müalicə strategiyalarında əhəmiyyətini bir daha vurğulayır. Genetik meyilliliyi olan insanlar üçün dərman və pəhriz yanaşmaları fərqli tənzimlənməlidir. Bu sahədəki elmi yeniliklər piylənməyə qarşı fərdiləşdirilmiş müalicələrin inkişafını sürətləndirə bilər.
İnsanların təxminən üçdə biri düzgün və balanslı qidalanmaya riayət etməsinə baxmayaraq, arıqlamaqda çətinlik çəkir. Lakin mütəxəssislər bildirir ki, bu insanlar yenə də sağlamlıqları üçün mühüm fayda əldə edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta