Bir dönəm "Qarabağ"da da çıxış edən İbrahim Şehiçin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı Türkiyə 1-ci Liqasında mübarizə aparan "Çorumspor"a transfer olub.

Bu barədə klub sosial media hesablarından məlumat yayıb.

Şehiç son iki mövsümü Səudiyyə Ərəbistanın "Əl-Xalic" klubunda keçirmişdi.

Bosniyalı qapıçı 2013-18-ci illər arasında "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən başqa "Jelezniçar", "Mersin İdman Yurdu", "Konyaspor" və "Erzurumspor" kimi klublarda da çıxış edib.

Qeyd edək ki, "Çorumspor" növbəti mövsüm üçün iddialı bir heyət qurur. Onlar Şehiçdən başqa Emeka Eze, Yusuf Erdoğan, Oğuz Gürbulak, Cozef Attama və Kenan Fakılını da transfer edib. Onlar çempion olaraq Super Liqaya yüksəlməyi planlayırlar.