Bakı. Trend:
"Şamaxı" futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaqistiqamətində çalışmalarını davam etdirir.
Trend xəbər verirki, ötən mövsüm Azərbaycan çempionatını 7-ci pillədə tamamlayankomanda portuqaliyalı yarımmüdafiəçi Diogo Balau ilə anlaşma əldəedib.
25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Balau son olaraq Portuqaliyanın "Uniao Santarem"klubunun formasını geyinib.