AZ

Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…


Ermənistanda Rusiya dəstəkli dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra Moskva Gümrü şəhərindəki hərbi bazasında hərbi qüvvələrin sayını artırmağa başlayıb.

Türkiyə mediası yazır ki, Rusiya hərbi mənbələrinin məlumatına görə, bu qüvvələri Rostov, Volqoqrad və işğal olunmuş Krımdakı bölmələrdən seçilərək gətirilir.

Rusiyanın Cənubi Qafqazdakı ən böyük xarici hərbi varlığı olan 102-ci hərbi baza Gümrüdə yerləşir. Təxminən 5000 personalın olduğu bazada 2001 rus və 2000 erməni əsgəri var. Obyektdə S-300 zenit-raket kompleksləri və MiQ-29 döyüş təyyarələri də yerləşdirilib.

Xatırladaq ki, Ermənistanda çevrilişi cəhdilə əlaqədar bir rusiyalı erməni milyarder və ardınca, aralarında keşişlərin də olduğu çox sayda adam həbs edilib. Kilsə ilə Paşinyan hakimiyyəti arasında da gərginlik pik həddə çatıb. Rusiya isə Ermənistanda hakimiyyəti devirməyə uğursuz cəhd edən kilsənin açıq müdafiəsinə qalxıb. Bütün bunlar Rusiya ilə Ermənistanda gərginliyə səbəb olub. Belə bir vaxtda Rusiyanın Gümrüdəki bazasına əlavə hərbi qüvvələr göndərməsi diqqət çəkir.

TAHİR

Seçilən
1
50
baki-xeber.com

10Mənbələr