AZ

Azərbaycan yığması Andorraya uduzdu

BAKI, 6 iyul. TELEQRAF

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda ikinci oyununu keçirib.

Teleqraf xəbər verir ki, Albaniyanın keçirilən yarışda B qrupda yer alan Azərbaycan yığması Andorra komandasına 42:52 hesabı ilə uduzub.

Azərbaycanın millisi ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan komandası növbəti görüşünü iyulun 9-da Lüksemburqa qarşı keçirəcək.

Seçilən
2
29
teleqraf.com

10Mənbələr