AZ

Tramp iyulun 7-də Qəzza zolağında atəşkəs elan edə bilər

Dohada İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, Tramp iyulun 7-də Qəzza zolağında atəşkəs elan edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The National” məlumat yayıb.
Fələstin hərəkatının 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif olunan plana müsbət cavab verməsindən iki gün sonra, iyulun 6-da Qətərin paytaxtında İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar bərpa edilib.
Məsləhətləşmələr İsrailin baş naziri Benyamin Netanyahunun bazar ertəsi Vaşinqtona gözlənilən səfəri fonunda keçirilir.

Nəşrin qeyd etdiyi kimi, atəşkəslə bağlı qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqlardan sonra razılıq əldə edib-etməməsindən asılı olacaq. Münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.

Seçilən
10
50
ucnoqta.az

10Mənbələr