AZ

Qəzzada danışıqlar atəşkəsin ilk günündə başlayacaq

Qəzza zolağında müharibəyə nəhayət son qoymaq üçün ciddi danışıqlar atəşkəsin əldə olunduğu ilk gündə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) ABŞ, Qətər və Misirin əldə etdiyi atəşkəs təklifi layihəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, vasitəçilər daimi atəşkəsə nail olmaq üçün daha çox vaxt tələb olunarsa, atəşkəs rejiminin uzadılmasına təminat verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edilir ki, danışıqlar zamanı İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasının nə dərəcədə geniş miqyaslı olacağını, habelə radikal HƏMAS hərəkatının saxladığı israilli girovların qaytarılması müqabilində yəhudi dövlətinin həbsxanalarından fələstinlilərin azad edilməsinin təfərrüatlarını müəyyən etmək üçün əlavə danışıqlara ehtiyac olacaq.

Paralel olaraq, atəşkəsin ilkin 60 günlük mərhələsində, saziş layihəsində deyilir ki, BMT və digər beynəlxalq QHT-lər Fələstin ərazilərinə kütləvi humanitar yardım çatdırmağa başlayacaqlar.

Seçilən
13
50
ucnoqta.az

10Mənbələr