AZ

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb

ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı ən azı 80 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə CNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Bundan əvvəl 50 nəfərin öldüyü bildirilirdi.

"Texasın bir neçə dairəsində rəsmi şəxslər hazırda daşqınla əlaqədar 80 nəfərin ölümünü təsdiqləyiblər", - telekanalın saytında dərc olunan məlumatda deyilir.

Ən çox ölüm halı Kerr dairəsində qeydə alınıb - orada ən azı 68 nəfərin ölümü təsdiqlənib.

Seçilən
8
50
report.az

10Mənbələr