Ajans.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib. Hadisə ölkənin Molodeçno rayonunda baş verib. Məlumatda deyilir: "Yataqxanada əmlak yanıb. Düşərgənin əməkdaşları təxliyyəni həyata keçirib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 5 texnikası işləyir". Mətbuat xidmətinin məlumatına görə, yanğının müstəqil şəkildə söndürülməsi zamanı şəxsi heyətdən 3 nəfər xəsarət alıb. Onlar tüstüdən zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər. Binadan 120-si uşaq olmaqla 132 nəfər təxliyə edilib.
Hazırda yanğının səbəbləri məlum deyil. Hadisə yerində təcili yardım xidmətləri işləyir.