AZ

Bu vitaminin çatışmazlığı börəkləri MƏHV EDİR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrincə, D vitamini çatışmazlığı planetin əhalisinin yarısından çoxunda müşahidə olunur. Bu vitaminin orqanizmdəki ümumi maddələr mübadiləsinə və sümük sağlamlığına təsiri ilə yanaşı, onun çatışmazlığı böyrəklərin fəaliyyətində pozuntulara və sidikdaşı xəstəliyinin inkişafına səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya “SM-Klinika”nın uroloqu Qurgen Martirosyan məlumat verib.

Həkimin sözlərinə görə, D vitamini hormonabənzər bir birləşmədir və orqanizmdə bir çox biokimyəvi proseslərin tənzimlənməsində iştirak edir:

"Onun əsas fəaliyyət mexanizmlərindən biri kalsium mübadiləsidir. D vitamini kifayət qədər olduqda bağırsaqlarda, böyrəklərdə və böyrəküstü vəzilərdə kalsiumun düzgün sorulması, kalsium balansına cavabdeh olan parathormonun istehsalının tənzimlənməsi və sümük toxumasının minerallaşması təmin olunur.

D vitamini çatışmadıqda bu proseslər pozulur və nəticədə qanda və sidikdə kalsiumun artıqlığı yaranır. Bu patoloji vəziyyətə hiperkalsiemiya deyilir. Bu da kalsium duzlarının kristallaşması və onların böyrəklərdə və sidik axarı yollarında çökməsi üçün əlverişli şərait yaradır".

“Böyrək daşlarının təxminən 80%-ni kalsium mənşəli daşlar, əsasən kalsium oksalatlar təşkil edir. D vitamini çatışmazlığı zamanı sidikdaşı xəstəliyinin yaranma riski kəskin şəkildə artır,” – deyə Martirosyan bildirib.

"Lakin kalsium balanssızlığı böyrək daşlarının yaranmasının yeganə səbəbi deyil. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı testosteron hormonunun səviyyəsini azalda bilər. Testosteronun yalnız “kişi” hormonu hesab edilməsinə baxmayaraq, o, həm kişilərdə, həm də qadınlarda maddələr mübadiləsi üçün vacibdir. D vitamini çatışmazlığı və onunla əlaqəli testosteronun azalması da kalsium mübadiləsinin pozulmasına, nəticədə kalsiumun sidiklə xaric olunmasına və oksalat-kalsium daşlarının yaranmasına səbəb olur.

Seçilən
23
7
publika.az

10Mənbələr