ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Rusiyalı yazıçı Zaxar Prilepin bildirib ki, 2023-cü ildə Vladimir Zelenski onun qətlinin sifarişini şəxsən verib.
Bu barədə Life.ru məlumat yayıb.
"O, şəxsən əmr verib, mənim ən yaxşı dostlarımın qətlini və mənim öz qətlimi şəxsən qanuniləşdirib. Zelenski dünya birliyi tərəfindən qanuniləşdirilən terrorçudur", - Prilepin qeyd edib.
Onun sözlərinə görə, Zelenski ciddi rəqib kimi qəbul edilməlidir, ona ritorika ilə deyil, real hərəkətlərlə cavab verilməlidir.
Xatırladaq ki, 2023-cü ilin mayında Nijni Novqorod vilayətində Prilepinin getdiyi avtomobil partlamışdı. Onun sürücüsü Aleksandr Şubin ölüb, yazıçının özü isə yaralanıb.
Cavid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.