AZ

Kremldən Trampın tariflərlə bağlı hədəsinə cavab

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"BRİKS çərçivəsində ölkələrin qarşılıqlı fəaliyyəti üçüncü ölkələrə, xüsusən də ABŞ-yə qarşı yönəlməyib".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın BRİKS-i dəstəkləyən ölkələrə qarşı rüsumlar tətbiq etməklə hədələməsini şərh edərkən deyib.

"Biz belə bəyanatları görmüşük, lakin burada vacib olan odur ki, BRİKS-in unikallığı ümumi yanaşma və dünyagörüşləri paylaşan ölkələri birləşdirməkdir. BRİKS çərçivəsində qarşılıqlı fəaliyyət üçüncü ölkələrə qarşı yönəlməyib", - Kreml sözçüsü bildirib.

İyulun 7-də ABŞ prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində Vaşinqtonun BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10% ticarət tarifləri tətbiq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, BRİKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10%-lik tariflər tətbiq olunacaq. Tramp istisnaların olmayacağını vurğulayıb.

Gülayə Mecid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
30
unikal.az

10Mənbələr