AZ

Çin Trampın tarif təhdidinə etiraz etdi

BAKI, 7 iyul. TELEQRAF

Çin ABŞ Prezidenti Donald Trampın BRICS-i dəstəkləyən ölkələrə qarşı tarif planını tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

“Çin tariflərin digərlərinə təzyiq göstərmək və onları məcbur etmək üçün vasitə kimi istifadə olunmasına qarşıdır”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, Donald Tramp daha əvvəl BRICS-i dəstəkləyən ölkələrə qarşı 10%-lik gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr