AZ

Tramp BRICS-ə qarşı HƏRƏKƏTƏ KEÇDİ

ABŞ BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı 10% əlavə ticarət tarifləri tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

ABŞ Prezidenti vurğulayıb ki, BRICS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkə əlavə 10% rüsum tətbiq edəcək. Tramp qeyd edib ki, istisnalar olmayacaq.

İyulun 6-da Birləşmiş Ştatların Maliyyə Naziri Skott Bessent bildirib ki, o vaxta qədər ikitərəfli danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ-ın dayandırılmış ticarət tarifləri avqustun 1-dən qüvvəyə minəcək.

Seçilən
10
50
publika.az

10Mənbələr