AZ

Tramp bu ölkələri hədələdi

ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib.

Yenisabah.az xəbər verir ki,  bu barədə o, "Truth Social" hesabında yazıb.

"BRİKS anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!", -  Tramp qeyd edib.  pizza sifarişi

ABŞ prezidenti BRİKS-in “antiamerikan siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

BRİKS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra Cənubi Afrika bloka, ardınca isə ötən il Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub. 

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq etmişdi. (unikal.az)


Telegram kanalımız
Seçilən
14
50
yenisabah.az

10Mənbələr