AZ

Donnarumma psixoloqa üz tutdu

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın PSJ klubunun italiyalı qapıçısı Canluici Donnarumma klublararası dünya çempionatının 1/4 final oyunundan sonra dərin sarsıntı keçirib.

Sitat.info “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı qolkiperin Almaniyanın “Bavariya” klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunun birinci hissəsində rəqib futbolçu Camal Musiala ilə toqquşaraq onu zədələməsidir.

Musialaya topuq çıxığı və baldır sümüyünün sınığı diaqnozu qoyulub. 22 yaşlı almaniyalı futbolçunun azı 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Donnarumma həm meydanda, həm də oyundan sonra soyunub-geyinmə otağında PSJ-nin idman psixoloqu Xoakim Valdes ilə uzun müddət söhbət edib. Psixoloq ona Musialanın zədələnməsində heç bir günahının olmadığını dəfələrlə izah edib.

Final fitindən sonra Donnarumma “Bavariya”nın soyunub-geyinmə otağına baş çəkib və Musiala ilə bir neçə dəfə mesajlaşıb.

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
12
sitat.info

10Mənbələr