PSJ-nin qapıçısı Canluici Donnarumma Klublararası Dünya Çempionatının 1/4 final mərhələsindəki "Bavariya" ilə matç zamanı psixoloqa müraciət edib.

Offsideplus.az xəbər verir ki, ilk hissənin sonlarından Münhen klubunun futbolçusu Camal Musiala italiyalı çərçivə qoruyucusu ilə toqquşma nəticəsində ciddi zədə alıb. Fasilə zamanı Donnarumma rəqibini zədələdiyi üçün özünü günahkar hiss edib və klubun psixoloqundan dəstək alıb.

Bu barədə "RMC Sport" portalı məlumat yayıb.

Qeyd edək ki, Musialaya fibula sınığı diaqnozu qoyulub. O, bu il bir daha meydana çıxa bilməyəcək.

PSJ isə "Bavariya"nı 2:0 hesabı ilə məğlub edərək turnirdə yarımfinalay yüksəlib.