AZ

Azərbaycanda 109 550 uşaq məktəbəqədər təhsil müəssisəsinə cəlb edilib

Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

"Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib. Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir", - məlumatda qeyd olunub.

Seçilən
22
50
operativmedia.az

10Mənbələr