AZ

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

Naxçıvan, 7 iyul, AZƏRTAC

İyulun 8-də Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərinə qazın verilişində fasilə yaranacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fasiləyə səbəb 159 millimetrlik borunun korroziyaya uğramasıdır. Yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar həmin yaşayış məntəqələrinə sabah saat 08:00-dan qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
19
5
azertag.az

10Mənbələr