AZ

Abşeron Gənclər şəhərciyində partlayış – ağır yaralılar var – VİDEO

22:35

07.07.2025-ci il tarixində saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

———– 21:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

——–

Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində partlayış baş verib.

Milli.Az xəbər verir ki, 11 mərtəbəli binanın 6-cı mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə partlayışın baş verən mənzildə yaşayan baba və nəvəsi ağır xəsarət alıblar.

Partlayışın dalğasından mənzilin şüşələri qırılaraq küçədə dayanan avtomobillərin və insanların üzərinə tökülüb. Əlavə xəsarət alanların olduğu bildirilir.

Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.

Seçilən
8
50
bizimshow.az

10Mənbələr