ABŞ-da ərzaq çatışmazlığından şikayətlər artır
Bir neçə ildir ki, ABŞ-da yetkinlik yaşına çatmış sakinlər arasında qida çatışmazlığından şikayət edənlərin sayı artır.
Bu barədə "Morning Consult" konsaltinq agentliyinin aylıq hesabatına istinadən "Axios" nəşri yazır.
Hesabatda qeyd olunur ki, 2025-ci ilin may ayında yetkinlik yaşına çatmış amerikalıların 15,6%-i ərzaq çatışmazlığından şikayət edib. Bu isə 2021-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur.
Eyni zamanda, Filadelfiya ərzaq banklarında ərzağa tələbat 3 il əvvəlki dövrlə müqayisədə 120% artıb.
Yaranmış vəziyyətə baxmayaraq, ABŞ Konqresi ərzaq müavinətlərinin (SNAP) əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edib ki, bu da vəziyyəti yalnız daha da pisləşdirəcək.