AZ

Tramp: Mən Ukraynaya kömək edirəm

Ajans.az Lenta ru-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Rusiya ilə münaqişə çərçivəsində Ukraynaya çox ciddi şəkildə yardım edir. Bu barədə o, MSNBC tərəfindən yayımlanan jurnalistlərlə söhbəti zamanı danışıb. “Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm,” – deyə Tramp ABŞ-ın niyə Ukraynaya İsrailə etdiyi kimi yardım etmədiyi barədə suala cavab verib. Tramp vurğulayıb ki, bu münaqişə heç vaxt başlamamalı idi. Ağ Evin rəhbəri əlavə edib ki, əgər o, 2020-ci il prezident seçkilərində qalib gəlsəydi, “indi Rusiya ilə müharibə olmazdı.”

Bundan əvvəl respublikaçı senator Tim Skott demişdi ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə mütəmadi əlaqədədir.

Seçilən
15
50
Ajans.az

10Mənbələr