AZ

Avtobus zolağına girən “BMW” piyadanı vurdu ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sabunçu-Zabrat yolunda, üzü şəhər istiqamətində baş verən yol-nəqliyyat hadisəsi bir neçə qayda pozuntusunun ağır nəticəsini ortaya qoyub.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı minik avtomobilinin sürücüsü avtobuslara ayrılmış xüsusi zolaqla hərəkət edib. Eyni anda qarşı tərəfdəki piyada isə işıqforun qırmızı işığında yolu keçməyə cəhd göstərib. Nəticədə, avtomobil piyadanı vurub.

Qəzanın görüntüləri hadisənin bir anlıq diqqətsizlik və tələskənliyin acı sonla bitdiyini göstərir.

Qeyd edək ki, həm piyada, həm də sürücü yol hərəkəti qaydalarını kobud pozub.

Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
46
avtosfer.az

10Mənbələr