AZ

“İstəklilər koalisiyası” dağıla bilər VİDEO

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, iki fransalı məmura istinad edən “Politico” nəzşrinin yazdığına görə, “istəklilər koalisiyası”nın dəqiq istiqaməti yoxdur və bu, Londonun ABŞ-nin hələ də reallaşdırmadığı təhlükəsizlik zəmanətlərinə həddən artıq önəm verməsi ilə bağlıdır. “Makron-Starmer münasibətlərindəki “çatların” əsas səbəbi ABŞ-yə yanaşmadır. Hər iki ölkənin rəsmiləri qarşı tərəfin ABŞ prezidentinə necə davranmaq qərarına gəlməsindən getdikcə daha çox qıcıqlanırlar”, - qəzet vurğulayır. London, öz növbəsində, Makronu prezidentlik müddəti bitən kimi yalnız “mirası haqqında” düşünməkdə ittiham edir. İran ətrafında aparılan danışıqlarla tanış olan həmsöhbətlərdən biri Fransa prezidentinin özünü “sülhməramlı” kimi təqdim etməyə çalışdığını deyib. Bundan əvvəl bildirilib ki, Ukraynada münaqişə bitdikdən sonra “istəklilər koalisiyasının” qüvvələrinin qorunması üçün ABŞ öz hava hücumundan müdafiə (HHM) sistemlərini vermək niyyətində deyil. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
18
azvision.az

10Mənbələr