AZ

Acarıstan hökumətinin keçmiş başçısı silahlı hücuma məruz qalıb

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının keçmiş hökumət başçısı Tornike Rijvadze güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) yerləşən klinikaya çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, T.Rijvadzeyə təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti stabil ağır olaraq qalır.

Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə bağlı araşdırma başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
50
operativmm.az

10Mənbələr