
İsrail ordusu İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı olduğu iddia edilən bəzi şəxsləri saxlayıb.
Reyting.az-ın xəbərinə görə, İsrail ordusunun yazılı açıqlamasında qeyd olunur ki, İsrail əsgərləri gecə saatlarında Suriyanın cənubundakı Kavdana bölgəsinə basqın ediblər.
Basqında SEPAH-ın Qüds birləşməsinə bağlı olduğu yerlər hədəfə alınıb.
Qeyd olunur ki, basqın zamanı Qüds qüvvələri ilə əlaqəsi olan şəxsləri saxlanılıb.
Saxlanılanların sayı və onların hara aparılmaları barədə məlumat verilmir.
V. QULİYEV