BAKI, TurkicWorld
ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 82-yə yüksəlib, onlarla insan isə hələ də itkindir.
TurkicWorld xəbər verir ki, Texas ştatının Kerr qraflığında iyulun 4-də yağan şiddətli yağışlar nəticəsində Qvadalupe çayı daşaraq genişmiqyaslı daşqınlara səbəb olub.
Yerli rəsmilərin məlumatına görə, daşqınlar nəticəsində ölənlərin sayı 82-yə çatıb, azı 41 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Texas qubernatoru Greg Abbott bildirib ki, bölgədə vəziyyət ağır olaraq qalır və bütün resurslar səfərbər olunub. ABŞ prezidenti Donald Tramp Kerr qraflığını rəsmi şəkildə fəlakət bölgəsi elan edib.
Qeyd edək ki, Respublikaçı yerli hakimiyyət orqanları prezident Trampın qənaət siyasətləri nəticəsində büdcəsi azaldılan Milli Hava Xidmətini (NWS) vaxtında xəbərdarlıq etmədiyinə görə tənqid ediblər.