Trampın hakimiyyətə yenidən gəlməsi, Rusiya və Ukrayna müharibəsində yaxşılığa doğru dönüş mərhələsi kimi qeyd olunsa da, zaman göstərdi ki, Rusiya heç bir halda ABŞ-ın uzatdığı barış əlini tutmaq niyyətində deyil.Əksinə, Ukraynaya qarşı işğalçı siyasətindən əl çəkmək istəmir və ağır şərtlər irəli sürərək müharibənin davam etməsində maraqlı görünur.Ötən ilin sonlarından, xüsusilə də Xarkov və Donbas istiqamətində hücumları intensivləşdirən Rusiya, diplomatik yollarla, danışıqlar masasında,munaqişənin həlli yollarına ciddi yanaşmaqdan yayınır. ABŞ Prezidentinin , Rusiya Prezidenti Putinlə telefon danışığı zamanı, Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində irəliləyişin olmamasını qeyd etməsi, ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasətin dəyişəcəyinin mesajı olaraq qəbul etmək olar.ABS Kiyevə yenidən hərbi və digər məsələlərdə yardım etmək məcburiyyətindədir və bu səbəbdən raketlərin Ukraynaya verilməsi, artıq Rusiyaya ağlını başına yığ,mesajı verir. Bununla yanaşı ABŞ prioritet olaraq atəşkəs rejimi ilə bağlı və danışıqlar prosesinin davam etdirilməsi prosesini də gündəmdə saxlayır. Bu da o anlama gəlir ki, ABŞ Ukraynaya hərbi yardımları, Rusiyanı cəzalandırmaq üçün yox, onu atəşkəsə və danışıqlar masasına oturtmaq üçün edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta