Polşa Almaniya ilə sərhəddə “Təhlükəsiz Qərb” adlı xüsusi əməliyyat keçirir.
Viral.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə özünün sosial media hesabında yazıb.
“Almaniya ilə sərhəddə “Təhlükəsiz Qərb” əməliyyatı başlayıb. Polşa ordusu Sərhəd Mühafizə Xidmətinə və polisə dəstək verir”, – deyə nazir bildirib.
Son Yazılar:
- Polşa sərhəddə xüsusi əməliyyata BAŞLADI
- Sabahın havası – yağış, şimşək, dolu
- Türkiyyə kəşfiyyatının rəhbəri İraqa gedir
Onun sözlərinə görə, Varşava Litva ilə sərhəddə də fəaliyyətini genişləndirir. Kosinyak-Kamış xüsusi əməliyyatda iştirak etmək üçün beş min əsgər ayrıldığını elan edib.
Polşanın daxili işlər naziri Tomaş Semonyak bildirib ki, əməliyyata 800 sərhədçi cəlb edilib, onlara 300 polis əməkdaşı, 200 jandarma hərbçisi və ərazi müdafiə qoşunlarının 500 əsgəri dəstək verir. Məqsəd qeyri-qanuni miqrasiya ilə mübarizədir.