Polşa Almaniya ilə sərhəddə xüsusi əməliyyata başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Əməliyyata "Təhlükəsiz Qərb" adı verilib. "Polşa ordusu Almaniya ilə sərhəddə Sərhəd Mühafizəsinə və polisə dəstək verir", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Kosinyak-Kamış əlavə edib ki, Varşava Litva ilə sərhəddə də fəaliyyətini genişləndirir. Onun sözlərinə görə, xüsusi əməliyyatda iştirak etmək üçün beş min əsgər ayrılıb.
“Biz miqrasiya təhdidlərinə qətiyyətlə reaksiya veririk”, - o vurğulayıb.