AZ

Altıağac Milli Parkında yanğın təhlükəsizliyinə dair təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkı ilə birgə “Xüsusi mühafizə olunan təbiət ərazilərində və meşə sahələrində yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, Altıağac Milli Parkında təşkil olunan təlimin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Təlimin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Seçilən
19
50
operativmedia.az

10Mənbələr