AZ

Möhtəşəm toy: Kilolarla qızıl, milyonlarla pul, tonlarla ət - FOTO/VİDEO

Pinyanişi tayfasından olan iş adamı Kerem İnanın oğlu Yasin İnan ilə Giravi tayfasından olan iş adamı Emin Bozdemirin qızı Zilan Bozdemir Vanda ailə qurub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəlinə 1,5 kilo qızıl, bəyə isə milyonlarla lirə verilib.

Təşkilatçısı iş adamı Haşim İnan olan toy rəngli görüntülərə səhnə olub. Toyda təxminən 1 ton ət istehlak edilib, iki gündə təxminən 8 min adama yemək verilib.

5 min adamın qatıldığı toyda qohumlarla yanaşı regionun ən tanınmış şəxsləri də iştirak edib. 4 saat davam edən toyda bəyə 7,5 milyon TL, gəlinə isə 1,5 kilo qızıl hədiyyə edilib.

"Bu xoşbəxt gündə bizi tək qoymayan bütün həyat yoldaşlarımıza, dostlarımıza, yaxınlarımıza sonsuz təşəkkürümü bildirirəm. Gözəl bir toy oldu. Qonaqlarımızı yaxşı qarşıladıq. 7 milyon 500 min lirə yığıldı. Ailə əvvəllər İzmir və Mersində yaşadığından, bu şəhərlərdən əlavə olaraq iki mindən çox insan iştirak etdi. Bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıram”, - deyə təşkilatçı Haşim İnan bildirib.

Seçilən
15
2
publika.az

10Mənbələr