AZ

Gəlinə 1,5 kq qızıl, bəyə 7,5 milyon lirə hədiyyə olunub

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Van bölgəsində Pinyanişi tayfasından olan iş adamı Kərəm İnanın oğlu Yasin İnan ilə Giravi tayfasından olan iş adamı Emin Bozdemirin qızı Zilan Bozdemir evlənib. Reyting.az xəbər verir ki, 8 min qonağın iştirak etdiyi toyda gəlinə 1,5 kilo qızıl, bəyə isə milyonlarla lirə hədiyyə ediblər.Toyda 1 ton ət istehlak edilib. Tayfa başçıları, QHT nümayəndələri, iş adamları və digər şəxslərin iştirak etdiyi məclisdə bəyə 7,5 milyon lirə, gəlinə isə 1,5 kiloqram qızıl hədiyyə olunub.“Bu xoşbəxt gündə bizi tək qoymayan bütün dostlarımıza, yaxınlarımıza sonsuz təşəkkürümü bildirirəm. Gözəl bir toy oldu. Qonaqlarımızı yaxşı qarşıladıq. 7 milyon 500 min lirə pul yığıldı. Ailə əvvəllər İzmir və Mersində yaşadığı üçün bu şəhərlərdən əlavə olaraq iki mindən çox insan iştirak etdi. Bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıram”,- bəy evindən bildirilib.V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
reyting.az

10Mənbələr