Polşa ordusu Almaniya ilə sərhəddə "Təhlükəsiz Qərb" adlı xüsusi əməliyyat keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün "X" səhifəsində məlumat yayıb.
"Eyni zamanda, biz Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk", - deyə Polşanın müdafiə naziri qeyd edib.
Əməliyyatda ümumilikdə beş minə yaxın Polşa hərbçisinin iştirak etdiyi bildirilir.
Xatırladaq ki, iyulun 3-də Polşa Baş Qərargahının rəisi general Visslav Kukula Almaniya və Litva ilə sərhədlərin mühafizəsini gücləndirmək üçün oraya 5 min Polşa əsgərinin göndəriləcəyini bildirmişdi. Polşa Baş Qərargahının rəhbəri qeyd edib ki, qeyri-qanuni miqrasiya Polşanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.