AZ

ŞENGEN SƏRHƏDLƏRİNDƏ NƏZARƏT GÜCLƏNİR » AzadMedia.az

ŞENGEN

Avropada sərbəst hərəkət zonası olan Şengen məkanında sərhəd nəzarətlərinin tətbiqi yalnız fövqəladə hallarda, təhlükəsizlik təhdidləri zamanı mümkün olur. Lakin son aylar miqrasiya təzyiqləri bu qaydanın istisnaya çevrilməsinə səbəb olub.

2023-cü ildən bəri Almaniya, qeyri-qanuni miqrasiyaya qarşı tədbir olaraq Polşa və Çexiya ilə sərhədlərində nəzarət tətbiq edir. Bu nəzarətlər daha sonra bütün sərhədlərə şamil olunub.

Almaniya kansleri Fridrix Mers bu həftə keçirdiyi mətbuat konfransında Polşanın da sərhəd nəzarətlərini tətbiq edə biləcəyini istisna etmədi. O qeyd etdi ki, Şengen zonasında sərbəst hərəkət hüququ yalnız bu sistemdən sui-istifadənin qarşısı alındıqda effektiv işləyə bilər.

Polşa artıq Litva ilə sərhəddə nəzarət tədbirlərinə başlayacağını elan edib. Bu addım, Belarus və Baltikyanı ölkələrdən Polşaya daxil olan miqrantların artması ilə əsaslandırılır.

Litva isə sərhəd nəzarətini tətbiq etməyəcəyini açıqlasa da, Polşa ilə əməkdaşlığın gücləndiriləcəyini bildirib. Litvanın Xarici işlər naziri Kestutis Budris deyib ki, sərhəd mühafizəsi və polis əməkdaşları sıx koordinasiya şəraitində çalışacaqlar.

Polşanın daxili işlər naziri Tomaş Syemonyak isə tədbirlərin Avropa İttifaqı və Şengen Sərhəd Məcəlləsinə uyğun olduğunu bəyan edib. O, əlavə edib ki, əgər Almaniya öz nəzarətləri ləğv etsə, Polşa da bu qərarını yenidən nəzərdən keçirə bilər.

Yeni tədbirlər çərçivəsində Litvada 13 nöqtədə, o cümlədən 3 rəsmi keçid məntəqəsində, Polşada isə 52 sərhəd bölgəsində nəzarət həyata keçiriləcək.

Seçilən
0
7
azadmedia.az

10Mənbələr